Qusar rayonunda dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 23.05.2017 / 09:40

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Avaran kəndində dini radikalizmlə mübarizənin yollarına həsr olunmuş seminar – müşavirə keçirilib.
Müşavirədə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, eləcə də DQİDK-nın əməkdaşları Anar Əliyev və Vüqar İmamquliyev, Quba bölgəsi üzrə şöbənin müdir müavini Ramin Xudayev, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev çıxışında bildirib ki, dini radikalizmin yayılmaması məqsədilə mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsi vacibdir. O qeyd edib ki, Qusar rayonunda da belə tədbirlər planlı şəkildə, tez-tez keçirilir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov geniş məruzə ilə çıxış edib. O bildirib ki, dini radikalizm insanlarda bir anda yaranan hal deyil. Radikallıq uzun illər aparılan təbliğatın nəticəsidir. Radikallığı təbliğ edənlər bu sahədə peşəkarlaşmış və insanlara təsir etmək üsullarını gözəl mənimsəmiş şəxslərdir. Onlar əsasən gənc nəsli özlərinə hədəf olaraq seçməklə yanaşı, dövlət təhsil sisteminə də nüfuz etməyə çalışırlar. Bununla da gələcək üçün təhsilsiz, deyilən hər fikrə inanan bir kütlə formalaşdırmağa can atırlar. Natiq çıxışında radikallıqla mübarizənın ən effektiv yolu kimi güclü təhsil əldə olunmasını göstərərək qeyd edib ki, gənc nəsil həqiqi biliyə və təfəkkürə malik olarsa onları mövhumat və xurafatla yoldan sapındırmaq mümkün olmaz.
Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.


Son baxılan xəbərlər

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər
20.02.2018 / 17:32
Ətraflı oxu

Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.06.2019 / 10:34
Ətraflı oxu

Vətəndaş sülhü və milli birliyin yaradıcısı

Xəbərlər
06.05.2020 / 10:11
Ətraflı oxu

"Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr" mövzusunda respublika elmi konfransı keçirilib

Press-relizlər
27.11.2020 / 10:34
Ətraflı oxu

İslam dünyası müasir beynəlxalq münasibətlərdə

Multikulturalizm
14.10.2016 / 09:46
Ətraflı oxu

Gündüz İsmayılov: "Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib"

Açıqlama
26.10.2020 / 10:55
Ətraflı oxu