Qaradağ məktəbliləri üçün radikalizm və ekstremizm ilə mübarizə yollarından bəhs edən maarifləndirici tədbir keçirilib

Press-relizlər / 18.05.2017 / 16:23

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Azad Rzayev adına 223 saylı tam orta məktəbdə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, məktəbin direktoru Nailə Eyvazova, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışıb.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizm və ekstremizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş edilib.
Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev dini radikalizm və ekstremizmlə genişmiqyaslı mübarizənin aparıldığını qeyd edib.O, milli-mənəvi və ənənəvi dəyərlərimizə zidd dini düşüncələrlə mübarizədə maarifləndirmənin böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra DTX-nin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov dini radikalizmlə hüquqi-inzibati müstəvidə mübarizə haqqında geniş məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb. 

Son baxılan xəbərlər

Masallıda “Dini radikalizm,erkən nikah və narkomaniya ilə mübarizədə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.12.2018 / 11:30
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var

Press-relizlər
01.12.2020 / 16:59
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu

Yardımlıda “Sülh aylığı” çərçivəsində “İslam dini sülh dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.09.2016 / 14:35
Ətraflı oxu

Şəkidə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.04.2019 / 11:21
Ətraflı oxu

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
17.10.2017 / 16:35
Ətraflı oxu