Digah qəsəbəsində “İslam həmrəyliyi və dini radikalizm təhlükəsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub

Press-relizlər / 18.05.2017 / 16:15

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Digah qəsəbə məscidi dini icması tərəfindən “Ailə milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi və dini radikalizm təhlükəsi” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov, İsmayıl Cəfərov, Digah qəsəbə məscidi dini icmasının sədri və axundu Rza Salmanov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rza Salmanov tədbirlə bağlı ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Qurani-Kərimin bir çox ayəsini şərh edən icma  sədri, dinimizin müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa  sahib olmağa, birlik və həmrəyliyə dəvət  etdiyini bildirib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov layihənin mövzusu ilə bağlı ətraflı məlumat verib. O,Yaxın Şərq regionunda  baş verən prosesləri qısa xarakterizə edərək bildirib ki, dünyanın müxtəlif ölkələrində baş verən siyasi-hərbi qarşıdurmalar fonunda İslam ölkələrinin birliyi labüddür. Məhz bu həmrəylik və vəhdət  sayəsində müsəlman xalqlarını dini radikalizm və ekstremizm kimi təhdidlərdən qorumaq mümkündür.
Sonda  mövzu ətrafında tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, maarifləndirici tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən həyata keçirilib.


Son baxılan xəbərlər

ABŞ-ın nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Press-relizlər
04.03.2019 / 19:10
Ətraflı oxu

Biləsuvarda dini ekstremizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
17.02.2018 / 13:20
Ətraflı oxu

Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir

Press-relizlər
19.04.2018 / 16:56
Ətraflı oxu

Qaxda “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir baş tutub

Press-relizlər
31.05.2019 / 17:38
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”

Müsahibələr
21.07.2017 / 12:27
Ətraflı oxu

Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.10.2018 / 10:28
Ətraflı oxu