“İslam həmrəyliyinin və vəhdətin mahiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər / 20.04.2017 / 15:32

Aprelin 20-də Nəsimi rayonu, Abdulla Şaiq adına 54 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “İslam həmrəyliyinin və vəhdətin mahiyyəti” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, məktəbin direktoru Sahibə Abbasova, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru S.Abbasova gənclərin milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev İslam həmrəyliyinin vəhdəti gücləndirən başlıca amil olduğunu bildirib. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib.
 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri fransız yazıçısı ilə görüşüb

Press-relizlər
23.07.2018 / 15:09
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
26.10.2018 / 17:23
Ətraflı oxu

“İlahiyyatçı” qəzeti nəşrə başlayıb

Xəbərlər
04.01.2019 / 15:14
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Seçkilər sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir”

Açıqlama
12.04.2018 / 16:36
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Xəbərlər
16.11.2018 / 17:00
Ətraflı oxu