7 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 14.04.2017 / 17:41

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı Tədbirlər Planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Aprelin 13-də növbəti maarifləndirici tədbir Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Dini maarifləndirmə mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli və Penitensiar xidmətin əməkdaşı İntiqam Əliyev iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirici söhbət aparıb, əxlaq və fəzilət, dinin əmr və qadağaları barədə geniş məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli “İslamda vəhdət anlayışı” mövzusunda çıxış edib. Dini radikalizmin yaranma səbəbləri və təzahür formaları barədə də məlumat verən Hacı Şahin Həsənli radikalizmin cəmiyyətdə törətdiyi fəsadlar, səbəb olduğu bəlalar haqqında danışıb. 
Mövzu ətrafında müzakirələr aparılıb, məhkumların sualları cavablandırılıb. 
    


Son baxılan xəbərlər

“Vətən sevgisi imandandır” adlı silsilə tədbirlər davam edir

Press-relizlər
08.02.2018 / 16:07
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərimiz gənclərin gözü ilə” adlı tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 10:24
Ətraflı oxu

Zərdabda 20 Yanvar faciəsinin şəhidləri anılıb

Press-relizlər
19.01.2018 / 17:17
Ətraflı oxu

Balakəndə maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.06.2017 / 16:29
Ətraflı oxu

Sabirabadda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
07.02.2019 / 14:35
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb

Press-relizlər
05.02.2020 / 16:15
Ətraflı oxu