Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.04.2017 / 15:03

Aprelin 14-dən Lənkəran şəhər S.Kazımbəyov adına  6 saylı tam orta məktəb-liseydə, Lənkəran şəhər T.Bayraməlibəyov adına 2 saylı və H.Aslanov adına 3 saylı tam orta məktəblərin müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, Lənkəran şəhər S.Kazımbəyov adına  6 saylı tam orta məktəb-liseyin direktoru Akif Xalıqov, müəllimlər  və  şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər S.Kazımbəyov adına  6 saylı tam orta məktəb-liseyin direktoru Akif Xalıqov məktəblərdə bu istiqamətdə keçirilən tədbirlərin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq, dinimizin olduğu kimi gənclər arasında  təbliğ olunmasının zəruriliyindən danışıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin və  gənclərin bu istiqamətdə məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.
Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin önəmindən danışıb.
DQİDK-nın Lənkəran bölgə şöbəsinin əməkdaşı Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin  maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib. 


Son baxılan xəbərlər

“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında” mövzusundakı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Press-relizlər
05.05.2016 / 15:21
Ətraflı oxu

Kürdəmirdə “Sülh və Həmrəyliyə aparan yol – dialoq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.02.2018 / 15:24
Ətraflı oxu

Prezident İlham Əliyev: "Dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, başqalarının dinlərinə də hörmətlə yanaşmalıyıq"

Xəbərlər
11.03.2020 / 14:54
Ətraflı oxu

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər
22.11.2017 / 14:20
Ətraflı oxu

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Xəbərlər
03.01.2019 / 11:00
Ətraflı oxu

Yevangelist Xristianlar İttifaqının səlahiyyətli nümayəndəsi:"Azərbaycan bir çox ölkələrə nümunə ola bilər" – MÜSAHİBƏ

Müsahibələr
30.04.2018 / 14:12
Ətraflı oxu