Türkan qəsəbəsində maarifləndirici tədbir baş tutub

Press-relizlər / 10.04.2017 / 16:40

Aprelin 10-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin  gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən şəhid Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dünyəvi dövlətdə din və milli birlik” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Aslan Sultanov, məktəbin direktoru Mətanət Mayılova, eləcədə məktəbin müəllim və şagird heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru M.Mayılova məktəblərdə bu mövzuda maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətindən danışıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Aslan Sultanov çıxışlarında gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən “Fitnə” filminin önəmini qeyd ediblər. Eyni zamanda məruzələrində Azərbaycanda  tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs ediblər.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
 
    


Son baxılan xəbərlər

Zaqatalada “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
15.10.2019 / 16:29
Ətraflı oxu

“Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
29.08.2019 / 15:45
Ətraflı oxu

Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.03.2019 / 15:54
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə vətəndaşları qəbul edib

Press-relizlər
30.07.2019 / 15:07
Ətraflı oxu

Prezident İlham Əliyev Məkkədə ümrə ziyarətində olub

Xəbərlər
07.04.2015 / 22:35
Ətraflı oxu

Qubada “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirilib

Press-relizlər
09.06.2020 / 11:31
Ətraflı oxu