Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir baş tutub

Press-relizlər / 30.03.2017 / 15:46

Martın 30-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
"Dünyəvi dövlətdə din və milli birlik" mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Fidan Aslanova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, məktəbin direktoru Sədaqət Hüseynova, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktor S.Hüseynova gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.
Filmin nümayişindən sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov dini radikalizmlə mübarizə yollarından, onun səbəblərindən bəhs edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı F.Aslanova dünyada dini dözümsüzlüyün baş alıb getdiyi bir dövrdə Azərbaycanda mövcud olan tolerantlığın bütün dünyaya həqiqi nümunə olduğunu qeyd edərək, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib. O, dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı R.Əliyev yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət və öhdəliyin düşdüyünü qeyd edib.
Tədbirin sonunda şagirdlərlə geniş fikir mübadiləsi aparılıb.
 
 
    


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol ...

Arxiv
08.06.2018 / 10:30
Ətraflı oxu

Bərdədə “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2017 / 14:42
Ətraflı oxu

Lerikdə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər
10.04.2019 / 15:55
Ətraflı oxu

Kürdəmirdə gənclərlə görüş keçirilib

Press-relizlər
23.11.2016 / 15:15
Ətraflı oxu

Amil Cavadov: "Müasir Azərbaycan gənci milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə bağlıdır"

Açıqlama
07.11.2016 / 09:53
Ətraflı oxu

Gündüz İsmayılov: Azərbaycan və Pakistan dini radikalizmlə mübarizədə sıx əməkdaşlıq edə bilərlər

Müsahibələr
15.12.2014 / 10:09
Ətraflı oxu