Lənkəranda “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.03.2017 / 15:55

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə martın 16-da Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Xarxatan kənd məscidində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran Dövlət Universitetinin Humanitar və pedaqoji elmlər fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov, dindarlar, dini icma sədrləri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin insanları həmrəyliyə, birliyə, sülhə çağırdığını bildirərək, İslamın olduğu kimi təbliğ və təqdim olunmasının zəruriliyindən bəhs edib.
QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında ənənəvi islami dəyərlərin təbliğinin vacibliyini vurğulayaraq, ənənəvi İslamın dini radikalizmə qarşı mübarizədə əhəmiyyətinə toxunub.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev İslam həmrəyliyinin müqəddəs və tarixi missiya olduğunu, ölkəmizdə hər zaman həmrəylik, birlik və vəhdətin mövcud olduğunu bildirərək, bunun İslam dünyası, bütövlükdə bütün dünya üçün nümunə olduğunu vurğulayıb.
Lənkəran Dövlət Universitetinin Humanitar və pedaqoji elmlər fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov ölkəmizdə tarixən tolerant və multikultural mühitin mövcud olduğunu, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu qeyd edib. “Multikulturalizm ili”nin məntiqi davamı kimi “İslam Həmrəyliyi İli”nin mühüm və mütərəqqi təşəbbüs olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və dini təyinatlı maarifləndirici kitablar paylanılıb.  


Son baxılan xəbərlər

Komitə sədri: “Azərbaycanın dövlət-din münasibətləri modelini çökdürməyə çalışanlar var”

Açıqlama
24.05.2017 / 14:33
Ətraflı oxu

Qaradağda “Dini maarifləndirmə: perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.04.2019 / 09:43
Ətraflı oxu

Bərdədə yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
06.09.2019 / 14:03
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2019 / 09:51
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
30.01.2018 / 14:45
Ətraflı oxu

Masallıda “Dini radikalizm,erkən nikah və narkomaniya ilə mübarizədə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.12.2018 / 11:30
Ətraflı oxu