Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri müzakirə olunub

Press-relizlər / 15.03.2017 / 17:43

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən martın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala rayonu Xolqarabucaq kəndi İmam Hüseyn məscidi dini icması tərəfindən “Dini  ekstremizmin və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayonu Xolqarabucaq kəndi İmam Hüseyn məscidi dini icmasinın sədri Mübariz Qasımov, Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli çıxış ederək bildirib ki, dini ekstremizm və radikalizmə qarşı mübarizənin təkcə dövlət qurumları tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən aparılması zəruridir. Dünyəvi dövlət kimi Azərbaycan bütün dinlərin və mədəniyyətlərin tarix boyunca birgə yaşadıqları ölkələrdən biridir. Azərbaycan xalqının tolerantlığından zaman-zaman sui-istifadə edən müəyyən qruplar öz siyasi əməllərini həyata keçirmək üçün dini bir alət kimi istifadə etməyə və bununla da xalqın və dövlətin birlik və bərabərliyinə xələl gətirməyə çalışıblar.
Daha sonra İmam Hüseyn məscidi dini icmasının sədri Mübariz Qasımov, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev və Neftçala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əliyev  mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2019 / 16:28
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Press-relizlər
23.08.2019 / 11:16
Ətraflı oxu

Qaradağda “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
27.11.2017 / 16:50
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi Ukrayna mətbuatında dərc edilib

Xəbərlər
11.09.2020 / 10:40
Ətraflı oxu