Suraxanı rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 14.03.2017 / 15:02

Martın 14-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Suraxanı rayonunda yerləşən 89 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Amal Məlikov, məktəbin direktoru Dadaş Babazadə, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan direktorun müavini Gülnarə Əkbərova təhsil müəssisələrində həyata keçirilən maarifləndirmə tədbirlərinə görə təşkilatçılara öz minnətdarlığını bildirib.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş edilib.
Filmin nümayişindən sonra geniş məruzə ilə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov milli-mənəvi dəyərlərin böyük əhəmiyyət kəsb etdiyini və həmrəyliyimizdə xüsusi yer tutduğunu dinləyicilərin diqqətinə çatdırıb. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən natiq gənclərin radikal dini cərəyanların təsirlərindən qorunması üçün ilk növbədə dini maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğulayıb.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
    


Son baxılan xəbərlər

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər
17.09.2018 / 16:33
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Saatlıda dini icma sədrləri və din xadimləri ilə görüş olub

Press-relizlər
05.06.2018 / 16:30
Ətraflı oxu

BDU-da “Prezident İlham Əliyevin siyasəti, güclü Azərbaycan, dayanıqlı sabitlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.03.2019 / 17:32
Ətraflı oxu

Göyçayda “Ulu Öndər Heydər Əliyevin anım günü” münasibətilə tədbir keçirilib

Press-relizlər
11.12.2018 / 09:32
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu