Suraxanı rayonunda dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları müzakirə edilib

Press-relizlər / 02.03.2017 / 16:18

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Gənclər evində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Əli Həziyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, orta məktəb şagirdləri və müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov iştirakçıları salamlayaraq hazırkı dövrdə sözügedən mövzuda tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov dini ekstremizmin fəsadlarından, İslam dünyasında, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranma səbəbləri, tarixi faktlar və dini dəyərlərimizi qorumaqla radikalizmlə mübarizə yollarından bəhs edib. Natiq çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin hazırda cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini vurğulayıb: “Təsadüfi deyildir ki, cənab Prezidentin müvafiq Sərəncamları ilə ötən il “Multikulturalizm ili”, cari il isə “İslam Həmrəyliyi İli” elan edilmiş və bundan irəli gələn bir çox tədbirlər keçirilmiş və keçiriləcəkdir. Yuxarıda qeyd edilən bu addımlar Azərbaycan dövlətinin regionda sülh və sabitliyin, dinlərarası, məzhəblərarası həmrəyliyin qarantı olduğunun göstəricisidir”.
Dini qurumlarla iş üzrə şöbənin məsləhətçisi Əli Həziyev çıxışında dinlər tarixi və dinin cəmiyyətdəki rolu, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmalar, ibadət ocaqları barədə danışaraq dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edib. Natiq, eyni zamanda Azərbaycandakı birgəyaşayış modelini nümunə göstərərək bildirib ki, ölkəmizdəki multikulturalizm, tolerantlıq ənənələri xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərləridir.
Sonda Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov məruzə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 14:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Maştağada “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusu müzakirə edilib

Xəbərlər
12.02.2020 / 17:55
Ətraflı oxu

Quba bölgəsinin dini icma sədrləri videogörüntü vasitəsilə bir araya gəliblər

Xəbərlər
18.09.2020 / 17:17
Ətraflı oxu

Dini radikalizm milli-mənəvi dəyərlərə və milli kimliyimizə təhdiddir

Press-relizlər
14.11.2017 / 16:01
Ətraflı oxu

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu