Zaqatalada dini radikalizmlə mübarizədə təhsilin rolu müzakirə edilib

Press-relizlər / 14.02.2017 / 16:17

Fevralın 14-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Əliabad qəsəbəsi 1 saylı orta məktəbdə “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Məktəbin yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbirdə çıxış edən Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Yaxın Şərqdə baş verən hadisələrdən nümunə çəkib və şagirdlərin bu cür mənfi təmayüllərdən uzaq qalmaları üçün təhsilin əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə təhsilin dini radikalizmlə mübarizədəki vacib rolundan, Azərbaycan maarifçilərinin 19-cu əsrdə dini mövhumata, fanatizmə və dini xurafata qarşı apardığı mübarizədən bəhs edərək, bildirib ki, şagirdlər bu mübarizə barədə geniş məlumatlara yiyələnməlidirlər.
Zaqatala rayon Təhsil şöbəsinin əməkdaşı Günəş Əsgərova, Zaqatala rayon Prokurorunun müavini Qəhrəman Əsgərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Regional şöbəsinin müdiri Cövhərət İbrahimova mövzu ətrafında çıxışlar edib, şagirdlərin suallarını cavablandırıblar.


Son baxılan xəbərlər

İslam sülh və əmin-amanlıq dinidir

Press-relizlər
05.09.2018 / 11:33
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
26.12.2019 / 11:42
Ətraflı oxu

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusundakı regional konfrans öz işini davam etdirib

Xəbərlər
18.02.2020 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
15.02.2019 / 16:32
Ətraflı oxu

Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
26.12.2018 / 16:49
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu