Zaqatalada dini radikalizmlə mübarizədə təhsilin rolu müzakirə edilib

Press-relizlər / 14.02.2017 / 16:17

Fevralın 14-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Əliabad qəsəbəsi 1 saylı orta məktəbdə “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Məktəbin yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbirdə çıxış edən Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev Yaxın Şərqdə baş verən hadisələrdən nümunə çəkib və şagirdlərin bu cür mənfi təmayüllərdən uzaq qalmaları üçün təhsilin əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə təhsilin dini radikalizmlə mübarizədəki vacib rolundan, Azərbaycan maarifçilərinin 19-cu əsrdə dini mövhumata, fanatizmə və dini xurafata qarşı apardığı mübarizədən bəhs edərək, bildirib ki, şagirdlər bu mübarizə barədə geniş məlumatlara yiyələnməlidirlər.
Zaqatala rayon Təhsil şöbəsinin əməkdaşı Günəş Əsgərova, Zaqatala rayon Prokurorunun müavini Qəhrəman Əsgərov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Regional şöbəsinin müdiri Cövhərət İbrahimova mövzu ətrafında çıxışlar edib, şagirdlərin suallarını cavablandırıblar.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür

Açıqlama
21.03.2020 / 10:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Yəhudi Teleqraf Agentliyinə müsahibə verib

Xəbərlər
16.12.2019 / 16:40
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Bolqarıstan filialı açılıb

Multikulturalizm
15.11.2016 / 15:29
Ətraflı oxu

Prezident İlham Əliyev: Müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz

İSLAM HƏMRƏYLİYİ İLİ
14.12.2017 / 10:04
Ətraflı oxu

Xocasən qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.02.2020 / 16:55
Ətraflı oxu