Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi uğurla icra olunur

Press-relizlər / 13.02.2017 / 17:06

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Hatəm Gülməmmədov və Aslan Sultanov, hüquq-mühafizə orqanlarının əməkdaşları, “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri və axundu Musa Qasımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri və axundu Musa Qasımov keçirilən layihənin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan qayğısı kimi qiymətləndirən natiq bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov qeyd edib ki, dini radikalizmin yaranmasının əsas səbəblərindən biri digər etiqadlara qarşı dözümsüzlük nümayiş etdirməkdir. H.Gülməmmədov bu kimi hallara qarşı mübarizədə ən effektiv vasitənin maarifləndirmə işlərinin aparılması olduğunu diqqətə çatdırıb.
Mövzunun aktuallığını, bu istiqamətdə gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayan DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycan dövlətinin din sahəsindəki siyasətinin tolerantlığa əsaslandığını və dini radikalizmə qarşı mübarizədə prinsipial mövqe tutduğunu qeyd edib.
Tədbirin yekununda məscid dindarları və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.



Son baxılan xəbərlər

Balakəndə “Fitnə” filmi nümayiş olunub

Press-relizlər
10.06.2016 / 12:39
Ətraflı oxu

Balakəndə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
24.09.2019 / 15:03
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.03.2019 / 16:33
Ətraflı oxu

Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə iftar süfrələri təşkil edilib

Press-relizlər
15.07.2015 / 17:15
Ətraflı oxu

Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir

Press-relizlər
02.10.2017 / 11:47
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Bakıda iftar süfrəsi təşkil olunub

Press-relizlər
30.05.2018 / 10:53
Ətraflı oxu