“Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.02.2017 / 17:53

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi 180 saylı tam orta məktəbdə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ RİH baçşısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaradağ Rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, ziyalılar, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Qaradağ rayonunda dini durum və dini ekstremizmlə mübarizə istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, dini radikalizm və ekstremizm dünya üçün böyük təhlükəyə çevrilsə də, ölkəmizdə dini radikalizmlə aparılan genişmiqyaslı mübarizə öz müsbət nəticələrini verməkdədir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinə toxunan natiq bunun İslam dininə və milli-mənəvi dəyərlərə diqqətin ən bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DTX-nın Qaradağ Rayon İdarəsinin əməkdaşı Rauf Əmirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə və həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib. R.Əmirov Dövlət Təhlükəsizliyi Xidmətinin bu istiqamətdəki fəaliyyəti haqqında dinləyiciləri məlumatlandırıb.
Tədbirin yekununda şagirdlərlə geniş fikir mübadiləsi aparılıb.

 


Son baxılan xəbərlər

20 Yanvar faciəsinə həsr edilən onlayn formatda tədbir keçirilib

Xəbərlər
19.01.2021 / 17:31
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə elmin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.02.2020 / 17:38
Ətraflı oxu

Ağstafada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
02.10.2019 / 15:33
Ətraflı oxu

Zaqatalada “Din, təhsil və dünyəvilik” mövzusunda seminar təşkil olunub

Press-relizlər
26.09.2017 / 16:16
Ətraflı oxu

Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 10:56
Ətraflı oxu

Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr
06.05.2020 / 14:12
Ətraflı oxu