Qubada dini ekstremizmlə mübarizə yollarına həsr olunan tədbir keçirilib

Press-relizlər / 08.02.2017 / 15:41

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə “Dini ekstremizmlə mübarizə, radikal dini təriqətlərin fəsadları və profilaktikası” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov, Quba Rayon Təhsil Şöbəsinin Metodiki Mərkəzinin müdiri Telman Mirzəxanov, Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov, polis şöbəsinin əməkdaşları, müəllim və şagird kontingenti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Quba şəhəri 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov təhsil sahəsində həyata keçirilən islahatlardan, dövlətin təhsilə göstərdiyi qayğıdan bəhs edib. O, bildirib ki, Azərbaycan dövləti dünyəvi dövlət olmasına baxmayaraq dinə və dindara böyük ehtiram göstərir və diqqət ayırır.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev dini radikalizm və onun törətdiyi acı nəticələrindən danışıb. O, bildirib ki, Azərbaycan regionun ən stabil və sakit ölkələrindəndir. Bu sabitliyin və əmin-amanlığın ölkəmizdə qorunmasının qarantı isə  Azərbaycan dövlətidir.
Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətov çıxışında dini ekstremistlərin xüsusi hazırlandığını, sabitliyin pozulmasında maraqlı olan qüvvələrin məkrli planlarını həyata keçirməkdə fəal iştirak etməyə cəlb olunduqlarını vurğulayaraq gəncləri çox diqqətli olmağa çağırıb.
Quba RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Bəhruz Bədəlov tədbirdə çıxış edərək radikal dini təriqətlərin yayılma metodikasını və onlardan qorunma yollarını bildirib. O, məruzəsində Azərbaycanda mövcud ictimai sabitliyin pozulmasında maraqlı olan qüvvələrə qarşı dövlətin adekvat addımlarını, həyata keçirilən inzibati tədbirlərin effektivliyini qeyd edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.05.2017 / 09:57
Ətraflı oxu

Qubada “Ənənəvi islam və multikultural dəyərlərin təbliği” adlı layihə davam edir

Press-relizlər
18.11.2016 / 16:55
Ətraflı oxu

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.11.2018 / 11:40
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
17.04.2019 / 17:00
Ətraflı oxu