“Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 25.01.2017 / 09:20

Yanvarın 24-də  Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabunçu rayonu “İmam Rza” məscidi dini icması tərəfindən “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları, Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı, “İmam Rza” məscidi dini icmasının sədri və məscidin axundu, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. A.Sultanov ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib.
“İmam Rza” məscidi dini icmasının sədri və məscidin axundu Əmirxan Tahirov da öz növbəsində multikultural  və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından, dini radikalizm və ekstremizmə qarşı mübarizə yollarından söz açıb.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov və başqalarının “Dini ekstremizm: onun səbəbləri və aradan qaldırılması üsulları” mövzusu ətrafında çıxışları dinlənilib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

Bakıda “Tolerantlıq örnəyi – Azərbaycan” mövzusunda konfrans keçirilib

Xəbərlər
13.11.2019 / 13:27
Ətraflı oxu

“Mənəvi dəyərlərin təbliği: keçmişə, yoxsa özünə qayıdış” kitabı çap edilib

Kitablar
24.07.2019 / 15:05
Ətraflı oxu

Hacıqabul rayonunda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
17.03.2018 / 10:26
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşı Ümumrusiya Millətlərarası Gənclər Forumunda iştirak edib

Xəbərlər
25.10.2018 / 10:40
Ətraflı oxu

Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
03.09.2019 / 15:30
Ətraflı oxu