"Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr edilib

Press-relizlər / 19.01.2017 / 13:05

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr edib. Dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur. Nəşrə ön sözü Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yazıb.
Kitabda Azərbaycanda ənənəvi dinlərin tarixindən, əsas dini mərkəz və icmalardan, dini təhsil ocaqlarından, eləcə də qeyri-ənənəvi dinlər və dini cərəyanlardan geniş bəhs olunub, onların zərərli fəaliyyəti ətraflı izah edilib. Eyni zamanda müstəqilliyimizi bərpa etdikdən sonra din sahəsində ideoloji, milli və ictimai təhlükəsizlik baxımından üzləşdiyimiz təhdidlər qruplaşdırılıb, onların düzgün izahı üçün konkret nümunələr təqdim olunub. Qeyd edilənlərə paralel olaraq din sahəsində ideoloji, milli və ictimai təhlükəsizlik baxımından əsas hədəflərimiz və prioritet istiqamətlər kitabda geniş işıqlandırılıb.
Kitabın “Təhdidlər” bölməsi xüsusi aktuallıq kəsb edir. Bu bölmədə din sahəsində üzləşə biləcəyimiz təhdidlər geniş və konkret istiqamətlər üzrə göstərilib. Onu da deyək ki, “din sahəsindən gələn təhdidlər” ilk dəfədir ətraflı şəkildə təqdim olunur. Bu sahədəki problemlərin müxtəlif vaxtlarda deyilməsinə və yazılmasına baxmayaraq, indiyədək bu mövzular kompleks şəkildə işlənilməyib. Kitabda dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontigent daxilində dünyəviliyin, tolerantlığın, ənənəvi İslamın zəiflədilməsi, məzhəbçiliyin, xarici təsirlərin, radikallığın gücləndirilməsi, eləcə də dinin siyasiləşdirilməsi, cəmiyyətdə dini qütbləşmənin və sosial təbəqələşmənin yaradılması istiqamətlərində məkrli qrupların zərərli fəaliyyətinə geniş yer ayrılıb. Dini zəmində qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyllərinin gücləndirilməsi cəhdlərindən, habelə, diasporamıza dini zəmində yönəlik təhdidlərdən bəhs olunub.
Kitabda din sahəsində qarşıda duran məqsədlərə, xüsusilə dini-ideoloji, milli və ictimai təhlükəsizlik baxımından hədəflərə xüsusi yer ayrılıb. Bu hədəflər din sahəsində dövlətin bütövlüyünə, cəmiyyətin monolitliyinə və milli məsələlərdə vətəndaş həmrəyliyinə xidmət edən strateji plan kimi xarakterizə olunub. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislər, o cümlədən dinşünaslar, politoloqlar, hətta, din xadimləri üçün faydalı ola bilər. 


Son baxılan xəbərlər

Komitə sədri Argentina və uruqvaylı jurnalistləri qəbul edib

Xəbərlər
23.07.2019 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Həyat sözü" xristian dini icmasının nümayəndəsini qəbul edib

Press-relizlər
23.01.2015 / 14:55
Ətraflı oxu

Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.02.2018 / 15:18
Ətraflı oxu

“Fitnə” filmi Tərtər rayonunda nümayiş edilib

Press-relizlər
09.06.2016 / 16:55
Ətraflı oxu

Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb

Xəbərlər
22.01.2019 / 09:56
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vakansiyalar üzrə daxili müsahibə elan ...

Xəbərlər
09.10.2018 / 14:27
Ətraflı oxu