Zaqatalada “Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.01.2017 / 15:00

Yanvarın 10-da Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhər 2 saylı tam orta məktəbdə “Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Vasif Əfəndiyev açaraq şagirdlərin milli ruhda tərbiyəsinin vacibliyindən danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən, milli dəyərlərimizə qarşı yönələn yad ünsürlərlə mübarizənin əhəmiyyətindən bəhs edib. 
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov xalqın kimliyinin qorunmasında və çağdaş dünyaya inteqrasiyasında milli dəyərlərin yeri məsələsinə toxunub və müasir dünya ilə ayaqlaşan gənc nəslin bu məsələlərə diqqət yetirməsinin vacibliyini dilə gətirib.
Sonda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Regional şöbəsinin direktoru Cövhərət İbrahimova ailə dəyərlərinə diqqət çəkib və cəmiyyətin əsas nüvəsi olan ailə dəyərlərinin hərtərəfli öyrənilməsinin önəmini vurğulayıb. 



Son baxılan xəbərlər

Qubada “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib

Press-relizlər
19.06.2019 / 17:37
Ətraflı oxu

“Dini radikalizmin mahiyyəti və onun yaranma səbəbləri” adlı tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 10:12
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
02.08.2019 / 15:17
Ətraflı oxu

Cocuq Mərcanlıda növbəti dini maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
02.02.2018 / 17:41
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyiblər

Xəbərlər
17.12.2019 / 15:47
Ətraflı oxu

Şamaxıda soyqırımı qurbanlarının xatirəsi anılıb

Press-relizlər
30.03.2019 / 09:34
Ətraflı oxu