Müşfiqabadda “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 19.12.2016 / 11:15

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Müşfiqabad qəsəbə məscidi dini icması tərəfindən “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Qaradağ rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru, polis kapitanı Əli Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qaradağ rayon İdarəsinin əməkdaşı Rauf Amirov,  Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov, Müşfiqabad qəsəbə məscidinin din xadimləri, məktəb direktorları, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri İlşad Süleymanov icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin xüsusilə gənclər arasında müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. İ.Süleymanov başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla dövlətin dini icmaya göstərdiyi diqqət və qayğıya görə aidiyyəti qurumlara öz təşəkkürünü bildirib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev dini ekstremizm və onun ictimai fəsadları barədə geniş məruzə ilə çıxış edib. Bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin sağlam müstəvidə qurulması və dini ekstremizmə qarşı bütün istiqamətlərdə həyata keçirilən tədbirlər cəmiyyətdə də rəğbətlə qarşılanmaqdadır. Yerlərdə dini icmaların aktiv fəaliyyətinin vacibliyini vurğulayan C.Əliyev gənclərin düzgün dini maarifləndirilməsinin də ümumi işə böyük töhfə verəcəyini deyib.
Daha sonra çıxış edən DTX-nın Qaradağ rayon İdarəsinin əməkdaşı Rauf Amirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə haqqında geniş məlumat verib. O, öz çıxışında dini ekstremizmin yaranma səbəbləri haqqında da danışıb.
Tədbirdə çıxış edən Müşfiqabad qəsəbə məscidinin din xadimləri, məktəb direktorları və digər natiqlər layihənin uğurlu icrasının qəsəbədə dini maarifləndirmə işinin təşkili üçün gözəl şərait yaratdığını bildiriblər.



Son baxılan xəbərlər

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Amil Cavadov: "Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb"

Müsahibələr
31.01.2019 / 12:44
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
21.11.2019 / 09:11
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib

Xəbərlər
18.02.2020 / 15:25
Ətraflı oxu

Hacıqabulda “Dini məzhəbçilik meyillərinin dini təhlükəsizliyə təsiri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
13.02.2020 / 17:46
Ətraflı oxu