DQİDK-nın hüquq-mühafizə orqanları ilə birgə keçirdiyi reydlər davam edir

Press-relizlər / 02.12.2016 / 15:00

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada daha bir reyd keçirib. Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub. 
Baxış keçirilən mağazaların hər birinin ixtisaslaşdırılmış satış məntəqəsi olmadan dini təyinatlı ədəbiyyat, mal və məmulatların satışı ilə məşğul olduğu aşkarlanıb. Bununla yanaşı, reyd zamanı ümumilikdə içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmamış 433 dini təyinatlı ədəbiyyat müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.  

 

Son baxılan xəbərlər

DQİDK-nın şöbə müdiri ATƏT- in İnsan Ölçüsü üzrə birinci Əlavə Görüşünün videokonfransına qatılıb

Press-relizlər
31.05.2020 / 14:29
Ətraflı oxu

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.04.2017 / 15:03
Ətraflı oxu

İslam tolerantlıq dinidir

Press-relizlər
07.02.2018 / 15:31
Ətraflı oxu

Milli-mənəvi dəyərlərin böyük təəssübkeşi

Xəbərlər
22.05.2020 / 11:12
Ətraflı oxu

Mübariz Qurbanlı: “Kimlərinsə məscidin minbərinə çıxaraq radikal dini çağırışlar etməsi qeyri-mümkündür”

Press-relizlər
28.03.2016 / 14:52
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru: İslam dini fitnə və fəsad törətməyi ən böyük ...

Açıqlama
12.07.2018 / 09:44
Ətraflı oxu