Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır

Multikulturalizm / 10.11.2016 / 15:14

Ağsuda Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, AMEA-nın Dilçilik İnstitutunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunan yığıncaq keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının əməkdaşları, məktəb direktorları, dini icma sədrləri, din xadimləri və dini işlər üzrə komissiyanın üzvləri iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Beynəlxalq Tolerantlıq Gününün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün dinlərin nümayəndələri, azsaylı xalqlar bir ailə kimi yaşayır. Ölkəmiz dünyada tolerantlıq örnəyi kimi tanınır.
Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu çıxışında tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu qeyd edib, “Kitabi-Dədə Qorqud”da, İmaddədin Nəsiminin, Xaqaninin və digər dahi şəxsiyyətlərin yaradıcılığında bu ruhun aydın ifadəsini konkret faktlarla diqqətə çatdırıb.
Sonra iştirakçılara Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı təqdim edilib.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov Azərbaycanda tolerantlıq ənənələrindən söz açıb.

Son baxılan xəbərlər

"Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr ...

Kitablar
19.01.2017 / 13:52
Ətraflı oxu

Bərdədə “Gənclərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.02.2018 / 15:50
Ətraflı oxu

Mübariz Qurbanlı:"Ölkəmiz bu gün azad, müstəqil və güclüdür"

Açıqlama
18.10.2016 / 15:40
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mövzusunda növbəti sessiya keçirilib

Xəbərlər
03.05.2019 / 18:33
Ətraflı oxu

Göyçayda "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2019 / 08:55
Ətraflı oxu