Binəqədidə “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.11.2016 / 10:55

Noyabrın 25-də Binəqədi rayonunda “Radikalizm və terrorizmin fəsadları” mövzusunda tədbir keçirilib. 276 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Binəqədi rayon İdarəsinin rəis müavini Xəqani Mazanov, Binəqədi rayon Prokurorunun müavini Elgiz Qənizadə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Təşkilati-İnspektor Qrupunun rəhbəri polkovnik-leytenant Qafur Haqverdiyev, DTX-nın rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşları Novruz Nuriyev, Pərvin Əlizadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri və rayonun orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Aygün Əliyeva mövzunun aktuallığından və qarşıya qoyulan vəzifələrin icrasının zəruriliyindən bəhs edib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm və ekstremizmlə mübarizə üsulları ilə bağlı məruzə ilə çıxış edib.
Daha sonra çıxış edən Binəqədi rayon Prokurorunun müavini Elgiz Qənizadə, DTX-nın rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov və Binəqədi RPİ-nin Təşkilati-İnspektor Qrupunun rəhbəri polkovnik-leytenant Qafur Haqverdiyev terrorizm və radikalizmin fəsadları, zərərli ideoloji ünsürlərlə mübarizə yolları ilə bağlı aidiyyəti dövlət qurumlarının praktik fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbir məruzələr ətrafında diskussiyalar şəklində davam etdirilib.  


Son baxılan xəbərlər

Lənkəranda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
13.11.2018 / 16:00
Ətraflı oxu

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbərini qəbul edib

Press-relizlər
30.03.2018 / 11:06
Ətraflı oxu

İmişlidə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
16.02.2018 / 16:22
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı rus dilində nəşr olunub

Kitablar
23.11.2017 / 11:38
Ətraflı oxu

Qırmızı Qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Press-relizlər
21.02.2020 / 16:39
Ətraflı oxu

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu