Mübariz Qurbanlı: “Tolerantlıq Azərbaycan xalqının tarixi uğuru olmaqla yanaşı, həm də gələcək inkişafının və sabitliyinin təminatıdır”

Açıqlama / 16.11.2016 / 12:35

Bu gün dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlıq Azərbaycan xalqının min illiklər boyu formalaşmış xarakterik xüsusiyyətidir. Xalqımız tolerantlığa təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır. Belə olmasa idi, müxtəlif tarixi dövrlərdə fərqli dinlərin mənsubları və etnik qruplar burada özlərinə sığınacaq tapa bilməzdilər.
Tolerantlığın Azərbaycan xalqının xarakterik xüsusiyyəti olduğunu sübut etmək üçün geniş tədqiqat aparılmasına ehtiyac yoxdur. Çünki əsrlər boyu kilsələr və sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərmiş, nəticədə Vətənimiz tolerantlıq mərkəzlərindən birinə çevrilmişdir. 
Tolerantlıq Azərbaycan xalqının tarixi uğuru olmaqla yanaşı, həm də gələcək inkişafının və sabitliyinin təminatıdır. Deməli, Azərbaycan xalqının gələcəyi üçün bu uğuru həm təbliğ etməli, qoruyub saxlamalı, həm də möhkəmləndirməliyik. 
Azərbaycan dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Ölkəmizdə irqindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquqları qanunla qorunur. Əksər ölkələr üçün örnək olan multikulturalizm və dini tolerantlıq modeli müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib. Ölkəmizdəki mövcud multikultural və dini tolerantlıq ənənəsinin yüksək səviyyədə olduğunu hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva knyazı “Daniel” ordenini təqdim edərkən Moskva və bütün Rusiyanın Patriarxı II Aleksi belə ifadə etmişdi: “Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir”. 2002-ci ildə Roma Papası mərhum II İohann Pavelin və bu günlərdə Papa Fransiskin ölkəmizə səfəri Azərbaycanın dinlərarası dialoqa, multikulturalizmə və tolerantlığa verdiyi töhfənin bariz nümunəsidir.
İstər keçmiş, istərsə də müasir dövrdə yaşananlar göstərir ki, hər bir cəmiyyətdə, hər bir dövlətdə sabitliyin əsas sütunlarından biri də multikultural və tolerant dəyərlərin qorunması, inkişaf etdirilməsidir. Son illər bütün dünyada dini-milli, sosial-iqtisadi zəmində baş verən münaqişələrin, vətəndaş müharibələrinin fonunda ölkəmizdə müşahidə olunan sabitlik həm də onun sübutudur ki, Azərbaycan bir çox ölkələrin sahib olmaq istədiyi, ancaq əldə etməkdə çətinliklər və uğursuzluqlar yaşadığı ən ali dəyərlərin - tolerant və multikultural ənənələrin beşiyidir, bu sahədə onun öz təcrübəsi, bu təcrübəni qoruyub saxlayan, gələcək nəsillərə ötürən dövlət-din modeli var. O model ki, indi dünyanın bir çox ölkələri tərəfindən tədqiq edilir, öyrənilir və tətbiqinin əhəmiyyəti hər kürsüdə, hər görüşdə vurğulanır. O model ki, memarı ulu öndər, müasir dövrlə uzlaşdırıb təkmilləşdirəni Prezident İlham Əliyevdir. 

Son baxılan xəbərlər

“Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda müzakirələr aparılıb

Xəbərlər
13.10.2018 / 10:17
Ətraflı oxu

Azərbaycandakı dövlət-din münasibətləri nümunəvidir

Press-relizlər
11.01.2018 / 16:24
Ətraflı oxu

Qubada dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.01.2018 / 17:27
Ətraflı oxu

Samuxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
09.07.2018 / 17:09
Ətraflı oxu

SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
18.12.2018 / 18:00
Ətraflı oxu

Zərərli vərdişlərlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
16.10.2019 / 17:33
Ətraflı oxu