Tərtərdə “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə tədbir keçirilib

Press-relizlər / 15.11.2016 / 16:13

Noyabrın 15-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Səbinə Yusifova, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Kənan Xudiyev, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, məktəb direktorları, müəllimlər, gənclər və dindarlar iştirak ediblər.
Tədbiri Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səbinə Yusifova açaraq "Tolerantlıq Azərbaycanda həyat tərzidir" adlı məruzə ilə çıxış edib.
Məruzə ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşı Kənan Xudiyev  “Tolerantlıq və  qeyri-ənənəvi dini cərəyanlar”,  Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsinin razılığı ilə çap olunmuş kitablar və “Dövlət və din”  jurnalı hədiyyə edilib.
 
 
 


Son baxılan xəbərlər

Amil Cavadov: Birgəyaşayış bizim qürur duyduğumuz sərvətimizdir

Xəbərlər
01.07.2020 / 10:00
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin məqaləsi Pakistanın beynəlxalq nüfuzlu media portalında dərc edilib

Press-relizlər
21.09.2020 / 12:13
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 14:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Komissiyanın yaradılması olduqca zəruri idi”

Müsahibələr
14.06.2017 / 11:20
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib

Xəbərlər
18.02.2020 / 15:25
Ətraflı oxu