Şəkidə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 15.11.2016 / 14:21

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şəki şəhəri Mərkəzi Cümə  məscidi dini icması tərəfindən həyata keçirilən  “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində  “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Şəki şəhəri Mərkəzi Cümə  məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov, din xadimləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki şəhəri Mərkəzi Cümə məscidinin imamı Müşfiq Xəlilov qeyd edib ki, Azərbaycan tarixən ənənəvi İslam dəyərlərinə sadiq olub və dini radikalizm  heç vaxt Azərbaycan cəmiyyətində özünə yer tapmayacaq. O, layihə ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdıraraq yaxın günlərdə layihə tədbirlərinin rayonun kəndlərində də keçiriləcəyini vurğulayıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev məruzəsində dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib. Eyni zamanda,  radikal və ənənəvi dini cərəyanlar arasındakı fərqli cəhətlərdən danışıb.
Daha sonra Şəki şəhəri Mərkəzi Cümə  məscidinin imamı Əlyəsə Əslanov İslam dinindən hədislər və ayələrdən nümunələr gətirərək mövzu ilə bağlı məruzə edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə tədbirlər təşkil olunur. 


Son baxılan xəbərlər

Göygöldə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işini ...

Press-relizlər
27.04.2018 / 15:40
Ətraflı oxu

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu

Kitablar
30.07.2015 / 12:58
Ətraflı oxu

Mərakeşdə "Müsəlman dünyasında dinlərarası dialoq və mədəniyyətlərarası anlaşmanın təşviqi modelləri" mövzusunda konfrans keçirilib

Press-relizlər
16.05.2015 / 10:31
Ətraflı oxu

Saatlı rayonunda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
19.08.2019 / 12:00
Ətraflı oxu

Dini radikalizmə qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.02.2018 / 10:01
Ətraflı oxu

Mübariz Qurbanlı:" Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva ...

Müsahibələr
29.12.2014 / 12:46
Ətraflı oxu