Saatlıda Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib

Press-relizlər / 07.11.2016 / 17:14

Noyabrın 7-də Saatlıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayon İcra Hakimiyyəti və Saatlı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqların zərərli vərdişlərdən qorunması və vətənpərvərlik ruhunda tərbiyə olunmasında maarifləndirici tədbirlərin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Ələkbər Quliyev, Elvin  İbrahimov, Saatlı rayon peşə liseyinin şagird və müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Ələkbər Quliyev ötən əsrdə uşaqların daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlara məruz qaldığını qeyd edərək nümunə kimi İkinci Dünya müharibəsində minlərlə uşağın valideyn himayəsindən məhrum olduğunu və bilavasitə hüquqlarının kobudcasına pozulduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin İbrahimov çıxış edərək ölkəmizin müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu mühüm beynəlxalq sənədlərdən birinin də 1992-ci ildə ratifikasiya olunmuş məhz Uşaq Hüquqları Konvensiyası olduğunu qeyd edib. O, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin uğurla həyata keçirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. 


Son baxılan xəbərlər

Siyəzəndə uşaq hüquqlarına dair tədbir keçirilib

Press-relizlər
11.11.2016 / 09:03
Ətraflı oxu

Ağcabədidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.09.2019 / 12:00
Ətraflı oxu

Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri müzakirə olunub

Press-relizlər
16.11.2017 / 16:15
Ətraflı oxu

Vətəndaşlara "Elektron hökumət" portalının imkanları barədə məlumat verilib

Xəbərlər
22.11.2018 / 15:59
Ətraflı oxu

Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.04.2018 / 17:21
Ətraflı oxu

Xocalı soyqırımı ilə bağlı bölgələrdə anım tədbirləri keçirilib

Xəbərlər
25.02.2019 / 16:51
Ətraflı oxu