Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 04.11.2016 / 15:43

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, rayon Təhsil şöbəsi və S.Kazımbəyov adına 6 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə Lənkəran şəhər 6 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Sizin hüquq, vəzifə və məsuliyyətiniz” adlı dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov və baş məsləhətçisi Könül Manafova, Lənkəran Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov, şəhər 6 saylı tam orta məktəb-liseyin müdiri Akif Xalıqov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək bildirib ki, hər il ölkəmizdə “Uşaq hüquqları aylığı”na aid tədbirlər keçirilir. Dövlətin qayğısı ilə əhatələnmiş uşaqların hüquqlarının qorunması, təmin edilməsi, bu sahədə mövcud olan problemlərin ardıcıl həlli dövlətin daim diqqət mərkəzindədir. Belə ki, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülür. 
Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri Aydın Məmmədov və Könül Manafova çıxışlarında qeyd ediblər ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Son illər uşaqların müasir tələblər səviyyəsində təhsil almasının, təlim-tərbiyəsinin daha səmərəli təşkili üçün lazımi şərait yaradılıb, bu istiqamətdə mühüm layihələr reallaşdırılıb.
Lənkəran Təhsil şöbəsinin müdir müavini Güloğlan Bağırov məruzəsində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli ilə bağlı qəbul edilmiş dövlət proqramları haqqında danışıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
    


Son baxılan xəbərlər

Səbail rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
16.05.2019 / 14:35
Ətraflı oxu

Dünyanın ən böyük azərbaycanlısı

Xəbərlər
12.12.2018 / 10:04
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib

Press-relizlər
20.05.2019 / 12:30
Ətraflı oxu

"SOCAR-KBR" MMC-də maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.05.2019 / 16:38
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir

Müsahibələr
10.05.2019 / 09:50
Ətraflı oxu

Bərdədə qanunsuz dini mərasim keçirənlər saxlanılıb

Açıqlama
17.01.2017 / 18:06
Ətraflı oxu