Ahıl qadınlar üçün maarifləndirici seminar keçirilib

Press-relizlər / 28.10.2016 / 17:46

Oktyabrın 28-də Ombudsmanın Ahılların Resurs Mərkəzi  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə ahıl qadınlar üçün maarifləndirici seminar keçirilib. Seminarda Ahılların Resurs Mərkəzinin rəhbəri Şövkət Xanməmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əli Həziyev, ARM üzvü olan ahıl qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ş.Xanməmmədova ahılların hərtərəfli dövlət qayğısı ilə əhatə edildiyini, onların maddi və mənəvi tələbatlarının ödənilməsinin Ümummilli Lider Heydər Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olduğunu, milli və bəşəri dəyərlərə söykənən bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini bildirib.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Ə.Həziyev çıxışında Azərbaycanın tarixən çoxkonfessiyalı məkan olduğunu, müxtəlif dinlərin nümayəndələrinin ölkəmizdə özlərinə ömürlük sığınacaq tapdıqlarını bildirərək, hazırda ölkəmizdə bütün dinlərin nümayəndələri üçün lazımi şərait yaradıldığını, dini icmaların dövlət tərəfindən dəstəkləndiyini vurğulayıb.
Natiq çıxışında Azərbaycan dövlətinin formalaşmış din siyasəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də bəhs edib. Həmçinin Azərbaycandakı dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunmasında dövlət tərəfindən həyata keçirilən layihələr, dini mərasimlərin keçirilməsində qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarına məlumat verib.
 Tədbirin sonunda ahılları maraqlandıran suallar cavablandırılıb. 

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

Xəbərlər
17.12.2018 / 16:49
Ətraflı oxu

"Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda konfrans keçirilib

Xəbərlər
10.07.2019 / 16:56
Ətraflı oxu

“Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.09.2018 / 12:50
Ətraflı oxu

Qobustanda keçirilən ikigünlük seminar-treninq başa çatıb

Press-relizlər
15.05.2018 / 17:02
Ətraflı oxu

Beynəlxalq Multikulturalizm Qış Məktəbi başlayır

Multikulturalizm
02.02.2016 / 17:10
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu