Şamaxıda gənclərlə görüş keçirilib

Press-relizlər / 29.09.2016 / 16:42

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) həyata keçirdiyi “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans işini bu gün Şamaxıda davam etdirib.
Sentyabrın 29-da Şamaxı rayon Uşaq Yaradıcılıq Mərkəzində gənclərin iştirakı ilə konfrans keçirilib.
Rayon gənclərinin iştirak etdiyi konfransda giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi, eləcə də multikultural dəyərlərin təbliğ edilməsi, eyni zamanda dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən də bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə dərin tarixi köklərə malik olan multikultural və tolerantlıq ənənələrinin mövcudluğundan, bu ənənələrə xalqımız və dövlətimiz tərəfindən verilən dəyərdən danışıb. O bildirib ki, dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün dini konfessiyaların dinc və qardaşlıq şəraitdə fəaliyyət göstərdiklərini deyən sədr müavini bu həqiqəti heç bir qüvvənin dəyişə bilməyəcəyini vurğulayıb. Gündüz İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Dini maarifçilik işinin yüksək səviyyədə qurulması üçün bütün imkan və vasitələrdən istifadə olunduğunu deyən sədr müavini bu məqsədlə təhsil müəssisələrində, dini icmalarda, gənclər arasında, eyni zamanda QHT-lər vasitəsilə müxtəlif maarifləndirici tədbirlərin həyata keçirildiyini vurğulayıb.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşərək, Azərbaycanda mövcud olan multikultural mühit barədə geniş məlumat verib. O qeyd edib ki, multikulturalizm ölkəmizdə həyat tərzinə çevrilib, fərqli din, mədəniyyət, dil, xalq mənsublarına hörmətlə yanaşmaq xalqımızın  genetik köklərindən gələn ənənələrdir. Ruslan Əsgərov milli-mənəvi, eləcə də multikultural ənənələrimizin qorunub-saxlanılmasında gənclərin üzərinə düşən vəzifələrdən də danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 



Son baxılan xəbərlər

Səyyad Salahlı: "Gəncədə baş vermiş iğtişaşın dinlə heç bir əlaqəsi yoxdur"

Press-relizlər
11.07.2018 / 17:23
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
30.07.2020 / 16:19
Ətraflı oxu

Qaradağda “İslam dəyərləri” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
12.09.2018 / 11:08
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşüb

Press-relizlər
01.05.2019 / 17:22
Ətraflı oxu

Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri məsələsi müzakirə olunub

Xəbərlər
14.07.2020 / 10:26
Ətraflı oxu