Press-relizlər / 01.09.2016 / 17:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 1-də İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelmi və "Həyat sözü" cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severini qəbul edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonaqları salamlayaraq Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib. Əsrlər boyu Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıb, dini-etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb.
Mübariz Qurbanlı aprel ayında İsveçə səfərini və keçirdiyi görüşləri xatırladaraq bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.Komitə sədri “Həyat Sözü” dini icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə, icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib.
Yenidən ölkəmizdə olmalarından məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd ediblər.
Yenidən ölkəmizdə olmalarından məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkəmizin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi olaraq qeyd ediblər.
Görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.