Quba rayonunun Alpan kəndində “Fitnə” filmi nümayiş etdirilib

Press-relizlər / 24.08.2016 / 13:17

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonu Alpan kəndində “Dini radikalizmlə mübarizə yolları”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxış edərək bildirib ki, dövlətin dini radikalizmlə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə tədbirləri öz nəticələrini verməkdədir.  
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev dünyada dini dözümsüzlüyün baş alıb getdiyi bir dövrdə Azərbaycanda mövcud olan tolerantlığın bütün dünyaya həqiqi nümunə olduğunu qeyd edərək, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib. O, dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, radikalizmə yuvarlanan şəxs dinin əsl mahiyyətini anlamayan, dini biliklərə yiyələnməyəndir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışı zamanı qeyd edib ki, Azırbaycan Respublikasının vətəndaşlarının başqa dövlətlərin ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində vuruşması bizim qanunlarımıza ziddir və həmin şəxslər üçün məsuliyyət nəzərdə tutulur. Lakin, dövlətimiz heç bir vətəndaşının həbs olunaraq təcrid olunmasının tərəfdarı deyil. Azərbaycan dövləti öz vətəndaşına münasibətdə olduqca həssasdır.
Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında xüsusi olaraq vurğulayıb ki, dindarların dini ədəbiyyat oxumaqla işləri bitməməlidir. Onlar həm də digər elm sahələrinə nüfuz etməklə sivilizasiyanın inkişafından geri qalmamağa çalışmalıdırlar.
DQİDK-nın əməkdaşı Tərxan Paşazadə internet resursların gücündən istifadə edərək gəncləri radikallığa cəlb edən qüvvələrdən və onlardan qorunma yollarından danışıb.
Çıxışlardan sonra iştirakçılara DQİDK-nın sifarişi ilə ərsəyə gələn “Fitnə” filmi təqdim olunub.
Filmin nümayişindən sonra müzakirələr aparılıb və iştirakçılara DQİDK-nın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib.
Tədbirdən sonra DQİDK-nın əməkdaşları Quba rayonu Alpan kəndində dindarlarla görüşərək onların qarşılaşdığı problemlərlə və digər məsələlərlə bağlı söhbət aparıblar.  


Son baxılan xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
10.05.2019 / 16:22
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
27.09.2018 / 14:43
Ətraflı oxu

Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri məsələsi müzakirə olunub

Xəbərlər
14.07.2020 / 10:26
Ətraflı oxu

Bərdədə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.03.2018 / 14:52
Ətraflı oxu

Azərbaycanın dini tolerantlıq modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur

Müsahibələr
11.04.2015 / 11:05
Ətraflı oxu

Ağcabədidə "Zərərli dini təriqətlərə qarşı mübarizə" mövzusunda dini maarifləndirici seminar keçirilib

Press-relizlər
13.10.2016 / 15:22
Ətraflı oxu