“Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib

Multikulturalizm / 12.08.2016 / 23:03

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatı dəstəyi ilə “Multikulturalizmin Azərbaycan modeli” layihəsinə start verilib.
YAP GB-dən bildiriblər ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nicat Nağıyev gənclərimizə multikulturalizmin əhəmiyyəti barədə məlumat verib. O, layihə çərçivəsində Azərbaycanın multikulturalizm siyasətinin nailiyyətlərinin, ölkəmizin dünyada tolerantlıq nümunəsi olmasının təbliği ilə bağlı görüləcək işlərdən danışıb. Qeyd edib ki, layihənin yekununda “Multikulturalizmin Azərbaycan modeli” adlı videoçarx hazırlanacaq.
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşı Sərraf Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyib. O, ölkəmizdə tarixən mövcud olan multikulturalizmin təbliği istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.
Layihə çərçivəsində keçirilən seminarlarda 50-dən çox tələbə və media nümayəndəsi iştirak edib.

Son baxılan xəbərlər

Multikulturalizm dövlət siyasətidir

Xəbərlər
21.07.2020 / 17:04
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xəbərlər
10.02.2018 / 09:53
Ətraflı oxu

Salyanda "Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda tədbir ...

Press-relizlər
12.11.2018 / 17:55
Ətraflı oxu

Bakıda “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib

Press-relizlər
30.08.2018 / 11:52
Ətraflı oxu

Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Xəbərlər
30.03.2019 / 13:21
Ətraflı oxu

Dövlət Komitəsinin sədri VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb

Press-relizlər
20.02.2019 / 18:15
Ətraflı oxu