Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli geri sala bildik”

Açıqlama / 18.06.2016 / 12:43

“Azərbaycanda dini radikal qruplara qarşı mübarizə bu gün də aparılır. Artıq bu mübarizənin nəticələri də var”.
Bunu APA-ya açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, radikal qrupların əleyhinə aparılan təbliğat effekt verib: "Artıq qəti şəkildə demək olar ki, Azərbaycanda radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli geri sala bilmişik. Onların Azərbaycanda sosial-iqtisadi bazası yox dərəcəsindədir. Eyni zamanda, gənclərimizi muzdlu əsgər kimi din adı altında xaricə aparanları da neytrallaşdırmışıq. Bu məsələdə hüquq-mühafizə orqanları çox səmərəli işlədi. Biz bundan sonra da üzərimizə düşəni yerinə yetirəcəyik. Dini radikalların Azərbaycanda hər hansı fəaliyyətinə imkan verməyəcəyik. Onların siyasi sabitliyi, ictimai asayişi pozmasına cəmiyyət və dövlət imkan verməz”.
    

Son baxılan xəbərlər

Bakıda “XXI əsrdən baxış: dövlət, cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Xəbərlər
23.10.2019 / 15:55
Ətraflı oxu

Siyəzəndə keçirilən ikigünlük seminar-müşavirə başa çatıb

Press-relizlər
31.08.2018 / 10:21
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Xəbərlər
20.08.2019 / 12:15
Ətraflı oxu

Masallıda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
13.02.2018 / 14:21
Ətraflı oxu