16 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.06.2016 / 13:17

İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 16 saylı cəzaçəkmə müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə institutunun Multikulturalizm şöbəsinin müdiri Elsəvər Səmədov və Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Lakin hazırda ölkəmizdə dini maarifləndirmə işi ən yüksək səviyyədə aparılmaqdadır.
AMEA-nın Fəlsəfə institutunun Multikulturalizm şöbəsinin müdiri Elsəvər Səmədov çıxışında dini radikalizm və ekstremizmin təzahür formaları və onlara qarşı mübarizə metodologiyası barədə məlumat verib, Azərbaycandakı tolerant və multikultural dəyərlərin qorunması və təbliği ilə bağlı fikirlərini bölüşüb.
Yekunda müəssisədə məhkumlar üçün ayrılmış ibadət otağına baxış keçirilib.


Son baxılan xəbərlər

Qubada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işini ...

Press-relizlər
14.11.2018 / 15:00
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

DQİDK sədri: Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü erməni vandalizmini bir ...

Açıqlama
23.10.2020 / 14:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Press-relizlər
07.03.2019 / 12:12
Ətraflı oxu

İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

İSLAM HƏMRƏYLİYİ İLİ
31.07.2017 / 16:54
Ətraflı oxu

“Azərbaycan həqiqətlərinin təbliğində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
11.06.2019 / 16:50
Ətraflı oxu