Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xızıda tədbir keçirilib

Press-relizlər / 25.05.2016 / 17:56

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xızı  rayonu Giləzi  qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının “İslam narkomaniya və digər zərərli vərdişlərdən uzaq  olmağa çağırır” layihəsi  çərçivəsində  növbəti tədbir  keçirilib.  İcma  sədri Vaqif  Quliyev tədbiri giriş sözü ilə açaraq layihənin məqsədlərindən danışıb. O qeyd  edib ki, narkomaniya və bu kimi zərərli vərdişlər, dini  radikalizm mövzuları  ətrafında maarifləndirici  tədbirlərin keçirilməsi  günün tələbidir.
 Sonra  çıxış edən DQİDK-nın Sumqayıt  bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi  Məmmədov bildirib ki, gənclərin təhsilli, sağlam olması, onların milli –mənəvi dəyərlər ruhunda tərbiyələnməsi dövlətin prioritet hədəfidir. Təhsil,  səhiyyə, idman və  digər  sahələrdə  həyata  keçirilən kompleks  tədbirlər bunu  deməyə  əsas  verir.
 Tədbirdə  iştirak edən Sumqayıt Şəhər  Səhiyyə  Şöbəsinin əməkdaşı Anar  Cəlili və QMİ-nin şimal bölgəsi üzrə qazısı  Rauf  Sərdarov  da mövzu ilə bağlı fikirlərini bildiriblər.
    


Son baxılan xəbərlər

Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul ...

Xəbərlər
27.06.2018 / 10:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Xəbərlər
09.07.2019 / 17:53
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşları qəbul edəcək

Press-relizlər
16.05.2019 / 11:17
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “Dini maarifləndirmə işi sistemli şəkildə həyata keçirilməkdədir”

Açıqlama
24.07.2018 / 09:59
Ətraflı oxu

İslamın hər hansı bir modeli varmı?

İSLAM HƏMRƏYLİYİ İLİ
24.10.2017 / 12:29
Ətraflı oxu