Multikulturalizm Azərbaycan xalqının mədəniyyətinin cövhəridir

Multikulturalizm / 23.05.2016 / 11:12

“Azərbaycanın multikulturalizm ənənələri öz zənginliyi ilə bu gün bütün dünya ölkələrinin, beynəlxalq qurumların, ictimaiyyətin diqqətini özünə cəlb edir”. Bu fikir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Zaqatalada keçirilən “Azərbaycan folkloru və mədəni müxtəliflik” mövzusunda Beynəlxalq elmi-praktik konfransda səsləndirilib.
Mayın 20-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində konfransın açılış mərasimi olub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Mərkəzin qarşısında təşkil edilən xalq yaradıcılığı nümunələrinin sərgisi və folklor kollektivlərinin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konfransı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar Zaqatala rayonunda da silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanda, eləcə də Zaqatala rayonunda müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Multikultural dəyərlərin, ənənələrin qorunub saxlandığı Zaqatalanın126 min nəfər əhalisinin 67,6 faizini azərbaycanlılar, qalanlarını isə avarlar, saxurlar və digər azsaylı xalqların nümayəndələri təşkil edirlər. Bu xalqların nümayəndələri Azərbaycanı həmişə öz doğma Vətəni hesab edirlər.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı multikulturalizmin müxtəlif millətlərin nümayəndələrinin bir kənddə, bir rayonda, bir ölkədə mehribancasına, dinc yanaşı şəkildə, bir-birinin adət-ənənələrindən, zənginliklərindən istifadə edərək birgə yaşam tərzi olduğunu vurğulayıb.
AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, multikulturalizm anlayışı tədqiq olunmasını, araşdırılmasını tələb edir. Multikulturalizm Azərbaycan mədəniyyətinin, o cümlədən xalq mədəniyyətinin cövhəridir. Multikulturalizm Azərbaycan xalqının mədəniyyətində, bir-birinə və digər xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayışıdır.
Konfransda çıxış edən Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev multikulturalizmə münasibəti hüquqi müstəvidə ətraflı təhlil edərək deyib: “Azərbaycanın tarixinə nəzər salsaq, multikulturalizmin bu və ya digər anlayışlar altında doğrudan da Azərbaycanda doğulduğunu görmək olar. Lakin onun bugünkü səviyyəyə çatması üçün Prezident İlham Əliyev tərəfindən davamlı işlər görülür. Görülən bu işlər 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə nəticələnib. Multikulturalizm çoxmədəniyyətlilikdir, insanların bir-birinə hörmət və məhəbbətlə yanaşmasıdır”.
Konfransda daha sonra Mətanət Yaqubqızının “Şəki-Zaqatala bölgəsi folklorunda tolerantlıq” və Ağaverdi Xəlilin “Multikultural şəraitdə ortaq dəyərlər” mövzularında məruzələri dinlənilib.
Beynəlxalq konfrans “Etnoslararası dialoq və uzlaşmada ənənəvi dəyərlərin rolu”, “Azərbaycan folklorunun etnik-lokal rəngarəngliyi”, “Multikultural zəmində əlaqə və münasibətlər”, “Azərbaycan folklorunda fərqli mədəniyyət elementləri: tarix və etnik aspektlər” və “Azərbaycan folklorunda dini tolerantlıq” adlı bölmələrdə işini davam etdirib.

Son baxılan xəbərlər

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

Press-relizlər
20.12.2017 / 17:02
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu

“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusundakı regional konfrans öz işini davam etdirib

Xəbərlər
18.02.2020 / 16:40
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
03.05.2018 / 18:00
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində İmişlidə tədbir keçirilib

Press-relizlər
03.09.2019 / 15:13
Ətraflı oxu

Gündüz İsmayılov: “Radikalizmi doğuran əsas səbəblərdən biri dini biliklərin az olmasıdır”

Press-relizlər
21.02.2020 / 16:03
Ətraflı oxu