Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 28.04.2016 / 09:44

Aprelin 27-də Masallı Rayon Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda “Narkomaniyanın hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin!”  adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının I müavini Nadir Abıyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, DİN-nin Regional Narkotiklərlə mübarizə idarəsinin rəisi, polis polkovniki İzzət Əsgərov, rayonun təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan  Masallı RİH başçısının I müavini, "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Masallı rayon komissiyasının sədri  Nadir Abıyev  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Narkotik vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018- ci illər üçün Proqramı” barəsində  məlumat verərək, bu  sahədə rayonda görülən işlərdən danışıb. O,  bu sahədə görülən işlərin sırasında  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə  aparılan birgə tədbirləri xüsusi vurğulayıb.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov  narkomaniyaya qarşı mübarizə sahəsində şöbənin ötən dövr ərzində gördüyü işlərdən danışaraq, bölgədəki dini icmalarda keçirilən tədbirlərin çoxunun narkomaniya və zərərli vərdişlərlə mübarizəyə həsr edildiyini və həmin tədbirlərin  məktəblərdə aparıldığını söyləyib. O, gənc nəslin sağlam tərbiyəsində önəmli rol oynayan narkomaniya ilə mübarizə işlərinin  gündəlik aparılacağını, bu işlərdə milli-mənəvi və dini dəyərlərimizdən daha səmərəli istifadə ediləcəyini qarşıya məqsəd qoyduqlarından danışıb.
DIN Baş Narkotiklərlə mübarizə idarəsi cənub bölgəsi üzrə rəisi, polis polkovniki İzzət Əsgərov, Hacıtəpə kənd tam orta məktəbinin direktoru Adıgözəl   Əmənov, Rayon Təhsil şöbəsinin metodisti Əyyar Bürhanov və başqaları mövzu ilə bağlı real vəziyyət və onunla mübarizə yollarından danışaraq təklif və rəylərini bildirib.
Tədbirin sonunda Narkomaniya ilə bağlı  qısa video çarx izlənildi.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Biz çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizlə fərəhlənirik”

Xəbərlər
16.03.2018 / 10:43
Ətraflı oxu

Mübariz Qurbanlı: “Radikalizmə qarşı mübarizə təkcə müsəlman ölkələrinin deyil, ümumbəşəri bir məsələdir”

Müsahibələr
11.11.2016 / 17:32
Ətraflı oxu

Mübariz Qurbanlı: "Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir"

Açıqlama
13.11.2015 / 14:57
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
26.12.2019 / 11:42
Ətraflı oxu

Liderlik nümunəsi

Xəbərlər
11.04.2019 / 17:34
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu