Zaqatalada “Azərbaycan Multikultralizmi: Keçmişdən Günümüzə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 13.04.2016 / 14:13

Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyəti  və Bakı İslam Universitetinin Zaqatala şöbəsinin dəstəyi ilə Bakı İslam Universitetinin Zaqatala şöbəsində “Azərbaycan Multikultralizmi: Keçmişdən Günümüzə” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Universitetin müəllim və tələbələri, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı İlqar Vəliyev, Zaqatala rayonunda fəaliyyət göstərən din xadimləri iştirak ediblər.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov tədbiri giriş sözü ilə açaraq “Multikulturalizm ili” çərçivəsində Komitənin bu sahədəki fəaliyyətini, Azərbaycanda çoxmədəniyyətliliyin tarixinin çox qədim dövrlərə qədər gedib çıxdığını iştirakçıların nəzərinə çatdırıb. Mehman İsmayılov, həmçinin, bu gün də keçmişimizdən bizə miras qalan bu dəyərlərin dövlətimiz tərəfindən qorunduğunu və daha da inkişaf etdirildiyini qeyd edib.
Daha sonra çıxış edən fəlsəfə üzrə fəlsəfə doktoru Rafiz Manafov multikulturalizmin tarixi və modelləri barədə ətraflı məlumat verərək multikulturalizmin Azərbaycan modelinin spesifik xüsusiyyətləri barədə danışıb.
İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədov isə İslam dininin multikulturalizmə yanaşmasından bəhs edərək Quran və hədislərdən mövzu ilə bağlı sitatlar gətirib. Sonda çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı İlqar Vəliyev Zaqatala rayonunda mövcud olan multikulturalizm ənənələrindən bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    


Son baxılan xəbərlər

“İslam dəyərlərinin xalqımızın milli-mənəvi dəyərlərindəki yeri” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.08.2017 / 16:49
Ətraflı oxu

Naftalanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Press-relizlər
24.04.2019 / 16:06
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
18.01.2018 / 12:51
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.11.2019 / 14:43
Ətraflı oxu

Gündüz İsmayılov: "Bu gün gəncliyimiz milli-mənəvi və dini dəyərlərimizə sadiqliyi baxımından mövcud vəziyyəti adekvat ...

Müsahibələr
09.02.2019 / 10:56
Ətraflı oxu