Dövlət Komitəsinin sədri "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələrini qəbul edib

Press-relizlər / 06.04.2016 / 16:24

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Yehovanın Xristian Şahidləri" Avropa Assosiasiyasının nümayəndələri Mariyano Maciyas Quzman və Antoni Breysi qəbul edib.
Mübariz Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı tam təmin olunub. Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.
Azərbaycanın tarixi tolerantlıq ənənələrinə malik ölkə olduğunu, burada müxtəlif millətlərin nümayəndələrinin yaşadığını və onların respublikamızda fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlarda dini ayinlərini sərbəst icra etdiklərini bildirən Komitə sədri deyib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri əsrlərdir sülh və qardaşlıq mühitində yaşayırlar. Mübariz Qurbanlı bildirib ki, Yehovanın şahidlərinin Azərbaycanda icması mövcuddur və fəaliyyət göstərir.
Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin iştirak etdiyi görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər. 


Son baxılan xəbərlər

Sadiq Mirzəyev: “Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünyaya bir çağırışdır”

Multikulturalizm
25.01.2016 / 09:58
Ətraflı oxu

Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər

Xəbərlər
14.01.2016 / 17:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək"

Açıqlama
16.04.2019 / 16:11
Ətraflı oxu

İlham Əliyev güclü liderlik nümayiş etdirir

Press-relizlər
18.06.2020 / 09:48
Ətraflı oxu

Şimal-qərb bölgəsi Azərbaycanın tolerantlıq mühitinin qorunub saxlandığı ən nümunəvi məkanlarındandır

Multikulturalizm
11.11.2016 / 15:20
Ətraflı oxu

İslam humanizm və həmrəylik dinidir

Press-relizlər
25.01.2018 / 15:18
Ətraflı oxu