Sumqayıtda “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib

Arxiv / 04.04.2016 / 17:16

Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər  “Cümə”  məscidində  “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində növbəti tədbir  keçirilib.
Tədbiri giriş sözü ilə açan icma sədri  Rauf  Sərdarov ilk öncə  aprelin 2-də cəbhə  bölgəsində  düşmənlə  mübarizədə  həyatını  itirən şəhidlərimizə  rəhmət  diləyib,  yaralılara  isə  tezliklə şəfa  tapmalarını   arzu edib. İcma  sədri  qeyd edib ki, vətənpərvərlik və dövlətə  sədaqət  kimi milli-mənəvi dəyərlərə sahib olan  xalqımızın böyük qəhrəmanlıq  salnaməsi var.  Bu dəyərlərimizi öyrənməklə  və  öyrətməklə, təbliğ etməklə daha  güclü  özünüdərkə sahib ola bilərik.  Məhz  bu məqsədlə ölkə  başçısının  Sərəncamı  əsasında belə  layihələrin həyata  keçirilməsi olduqca  təqdirəlayiqdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxışında tarixi  nailiyyətlərimizdən, qələbələrimizdən bəhs  edərək  ruhani kəsimin,  dini inanclı  insanların xalqımızı  tarixi uğurlara aparan yolda  mötəbər rolunu, xidmətlərini   geniş şərh edib.  Natiq  qeyd  edib ki,  dövlət bu gün də azadlığımızın və suverenliyimizin qorunması,  cəmiyyətin, xüsusilə də gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində ruhani təbəqəsinə, dini icmalara böyük etimad  göstərir.
Sonra Bakı İslam Universitetinin müəllimi  Habil Əkbərov “İslam dinində vətənpərvərlik, dövlətçilik  və şəhidlik” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda  iştirakçıların sualları  cavablandırılıb. 

Son baxılan xəbərlər

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.11.2017 / 16:08
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.12.2019 / 16:50
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
20.06.2019 / 14:37
Ətraflı oxu

Şamaxıda keçirilən regional konfrans panel iclasla öz işini davam etdirib

Xəbərlər
13.03.2019 / 16:48
Ətraflı oxu

DQİDK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb

Xəbərlər
10.01.2018 / 10:45
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin müavini: “Bu küləyin hardan əsdiyi çox dəqiq bilinir”

Açıqlama
11.07.2018 / 17:22
Ətraflı oxu