Sumqayıtda “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində tədbir keçirilib

Arxiv / 04.04.2016 / 17:16

Aprelin 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər  “Cümə”  məscidində  “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində növbəti tədbir  keçirilib.
Tədbiri giriş sözü ilə açan icma sədri  Rauf  Sərdarov ilk öncə  aprelin 2-də cəbhə  bölgəsində  düşmənlə  mübarizədə  həyatını  itirən şəhidlərimizə  rəhmət  diləyib,  yaralılara  isə  tezliklə şəfa  tapmalarını   arzu edib. İcma  sədri  qeyd edib ki, vətənpərvərlik və dövlətə  sədaqət  kimi milli-mənəvi dəyərlərə sahib olan  xalqımızın böyük qəhrəmanlıq  salnaməsi var.  Bu dəyərlərimizi öyrənməklə  və  öyrətməklə, təbliğ etməklə daha  güclü  özünüdərkə sahib ola bilərik.  Məhz  bu məqsədlə ölkə  başçısının  Sərəncamı  əsasında belə  layihələrin həyata  keçirilməsi olduqca  təqdirəlayiqdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxışında tarixi  nailiyyətlərimizdən, qələbələrimizdən bəhs  edərək  ruhani kəsimin,  dini inanclı  insanların xalqımızı  tarixi uğurlara aparan yolda  mötəbər rolunu, xidmətlərini   geniş şərh edib.  Natiq  qeyd  edib ki,  dövlət bu gün də azadlığımızın və suverenliyimizin qorunması,  cəmiyyətin, xüsusilə də gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində ruhani təbəqəsinə, dini icmalara böyük etimad  göstərir.
Sonra Bakı İslam Universitetinin müəllimi  Habil Əkbərov “İslam dinində vətənpərvərlik, dövlətçilik  və şəhidlik” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda  iştirakçıların sualları  cavablandırılıb. 

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri İsrailin Azərbaycandakı səfirini qəbul edib

Press-relizlər
11.01.2016 / 16:05
Ətraflı oxu

“İslam həmrəyliyi və gənclərin radikal təsirlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
14.03.2018 / 17:18
Ətraflı oxu

Səyyad Salahlı: “Dövlət-din münasibətləri hər zaman prioritet istiqamət kimi diqqət mərkəzindədir”

Press-relizlər
11.02.2020 / 12:35
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
14.08.2014 / 15:15
Ətraflı oxu

"Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər. İdeoloji, milli, ictimai təhlükəsizlik müstəvisində" adlı kitab nəşr ...

Press-relizlər
19.01.2017 / 13:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Bizim toplumun İslama, Allaha bağlılığı ailədən gəlir"

Müsahibələr
12.07.2017 / 15:27
Ətraflı oxu