Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə radikalizmlə mübarizə məsələləri müzakirə olunub

Press-relizlər / 18.03.2016 / 11:43

Balakən şəhəri “Mərkəzi Cümə Məscidi” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Cəmiyyətimizin radikal təsirlərdən qorunması”  layihəsi çərçivəsində martın 17-də Balakən şəhərində  “Radikal dini düşüncələrlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin Dinşünaslıq ekspertizası şöbəsinin müdir muavini Cahandar Əlifzadə, Komitənin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə nümayəndəsi Hacı İbrahim İbrahimov, Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov və Balakən şəhər dindarları, din xadimləri, dini icma rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Layihənin rəhbəri Elşən Poladov çıxış edərək Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icmasına göstərdiyi köməyə görə Dini Qurumlarla İş üz Dövlət Komitəsinə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib. Çıxış zamanı natiq onu da qeyd edib ki, milli və dini dəyərlərimizi öyrənməkdə və təbliğ etməkdə gənc nəslin üzərinə önəmli yük düşür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmaylov tədbirdə çıxış edərək qeyd edib ki, İslam dini bizim milli kimliyimizin formalaşmasında önəmli rol oynayıb. Şöbə müdirinin sözlərinə görə, kənardan milli kimliyimizə yad olan dini  dəyərlərin əxz olunması bizim sahib olduğumuz dini və milli vəhdət prinsiplərini pozmağa istiqamətlənib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri muavini Cahandar Əlifzadə çıxış edərək vurğulayıb ki, radikal dini fikirlər hər bir cəmiyyətin əsaslarını təşkil edən dəyərlərə və birliklərə qarşıdır.Tədbirdə, həmçinin QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə nümayəndəsi Hacı İbrahim İbrahimov,Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov çıxış ediblər.
                                              ****
Martın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “İslam sülh dinidir” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin baş məsləhətçisi Cavid Əhmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icmanın sədri Akif Hüseynov, dini icma üzvləri, Şamaxı şəhər Avropa Liseyinin  müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edənlər İslamın sülh, əmin amanlıq, birlik və bərabərlik dini olmasını, müqəddəs dinimizin qayəsinin və mahiyyətinin də məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
                                        


Son baxılan xəbərlər

Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
09.12.2019 / 17:22
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
02.10.2019 / 15:03
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.11.2017 / 16:08
Ətraflı oxu

Biləsuvarda “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib

Press-relizlər
19.01.2018 / 08:52
Ətraflı oxu

Zərdabda Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
04.04.2019 / 14:14
Ətraflı oxu