Respublikamızın müxtəlif rayonlarında dini radikalizmə qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 14.03.2016 / 11:03

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Martın 12-də Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının həyata keçirdiyi “Dini fanatizm və ekstremizm: multikultural cəmiyyət üçün təhlükə” layihəsi çərçivəsində Göyçay şəhərində “ Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay şəhər “Mərkəz” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Göyçay rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla  işin təşkilatçısı Vüsal Zöhrabov, dini icma sədrləri, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Göyçay şəhər “Əbülfəzlil Abbas” məscidi dini icmasının sədri Rəsul Kazımov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq , dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev orta əsrlər boyunca İslam dünyasında əsasən mötədilliyin hökm sürdüyünü, sülh dini kimi bildiyimiz İslamın radikal və ekstremist əməllərə bəraət qazandırmadığını diqqətə çatdırıb.
****
Martın 12-də Qəbələ şəhər dindarlarının məscidi dini icmasının “Dini radikalizm və gətirdiyi fəsadlar” layihəsi çərçivəsində “Dini radikalizmin cəmiyyət üçün zərərləri” mövzusunda növbəti tədbiri keçirilib.Tədbirdə Qəbələ rayonunda fəaliyyət göstərən dini icma rəhbərləri, imamlar, rayon ağsaqqalları iştirak ediblər. Tədbirdə çıxış edən Qəbələ şəhər Cümə məscidinin imam müavini Taleh Şirinov mövzunun əhəmiyyətindən, radikal düşüncələrin dini dəyərlərimizə vurduğu zərərlərdən söz açaraq, dini radikalizm təzahürlərinin aradan qaldırılmasında maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dövlətin dini qurumlara göstərdiyi qayğı və diqqətdən, ənənəvi İslam dəyərləri, dini radikalizmin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlər barədə ətraflı çıxış edib.
****
Martın 13-də növbəti maarifləndirici tədbir Balakən şəhərində “Mərkəzi Cümə Məscidi” dini icmasının “Cəmiyyətimizin radikal təsirlərdən qorunması”  layihəsi çərçivəsində “Radikalizmlə mübarizədə ictimai qınaq faktoru” mövzusunda keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, şöbənin baş məsləhətçisi Elvin Qarayev, QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı İbrahim İbrahimov, Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, din xadimləri, gənclər, aktiv dindarlar, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri  iştirak ediblər. Layihənin rəhbəri Elşən Poladov  çıxış zamanı sahib olduğumuz milli-dini dəyərləri qorumaq və onu dəyişməyə yönəlmiş hər bir radikal hərəkətə qarşı mübarizə aparmağın hər birimizin başlıca vəzifəsi olduğunu vurğulayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi  Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov radikalizmlə mübarizənin dinimiz haqqında dolğun məlumata sahib olmaqla, İslamı düzgün təmsil etməklə və hər bir vətəndaşın, xüsusilə dindarların radikal düşüncəli şəxslərə ictimai qınaq vasitəsilə təsir etməsi yolu ilə mümkün olduğunu bildirib. Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini Fariz Nəcəfov  ölkəmizdə hər bir inanc sahibinin dinindən, dilindən, milli və irqi mənsubiyyətindən asılı olmayaraq etiqad etməsi üçün əlverişli şəraitin mövcud olduğunu, bu gözəl mühiti hamılıqla qoruyub gələcək nəsillərə ötürməli olduğumuzu diqqətə çatdırıb.
****
Martın 14-də Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının həyata keçirdiyi "Milli – mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” layihəsi çərçivəsində Sumqayıtda maarifləndirici tədbir keçirilib.Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin  əməkdaşı Ülvi Məmmədov, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, dini icmanın üzvləri, dindarlar və gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Rauf Sərdarov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışaraq dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı Prezidentin Sərəncamını  dövlətin dinə növbəti qayğısı kimi qiymətləndirib.  Dini icma  sədri çıxışında İslamın sülhə, vəhdətə çağırışından,  vəhdətin və birgəyaşayışın Azərbaycan nümunələrindən geniş söhbət  açıb.DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov din və dövlət  münasibətləri, bu münasibətlərin uğurlu təşkilində dini inanc və insanların mühüm rolunu tarixi - fəlsəfi baxımdan izah edib.Tədbirdə iştirak edən AMEA-nın dissertantı, ilahiyyatçı  Samir  Ağayev  müqəddəs  kitabın insanları sülhə,  ədalətə, vəhdətə,  vətənpərvərliyə  səsləyən bir çox  surə və  ayələrini  geniş şərh edib.


Son baxılan xəbərlər

İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub

Press-relizlər
21.02.2018 / 16:58
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
21.06.2019 / 16:09
Ətraflı oxu

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Xaçmaz rayonu Qobuqırağı kənd məscidində “Şəhadət” filmi nümayiş etdirilib

Press-relizlər
26.01.2018 / 17:14
Ətraflı oxu

Qubada Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir

Press-relizlər
24.02.2018 / 09:44
Ətraflı oxu