"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı

Kitablar / 21.12.2015 / 17:14

Müasir dövrdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə də tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək bütün dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilmiş geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabında Prezident İlham Əliyevin 2003-2015-ci illərdə dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamları, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətləri, müqəddəs dini məkanlara etdiyi səfərləri, bayram və əlamətdar hadisələrlə bağlı dini konfessiya rəhbərlərinə ünvanladığı təbrikləri toplanıb.
Prezident İlham Əliyevin dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması və təbliği, həmçinin, tolerantlıq və dinlərarası dialoq sahəsində fəaliyyətini əks etdirən materialların bir kitabda toplanması, bu sahədə görülən işlərin ictimai rəyə, cəmiyyətə çatdırılması baxımından olduqca zəruridir. Dövri mətbuatda və müxtəlif nəşrlərdə dərc olunmuş bu materialların vahid mənbədə cəm edilməsi tədqiqatçılar üçün də əvəzedilməz, elmi əhəmiyyət kəsb edən mənbədir.  
    

Son baxılan xəbərlər

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
15.12.2017 / 16:42
Ətraflı oxu

Zaqatalada “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
31.08.2016 / 13:00
Ətraflı oxu

Yevlaxda “Narkomaniya və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.05.2016 / 17:25
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
11.02.2019 / 17:46
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı “France 2” telekanalına müsahibə verib

Xəbərlər
12.11.2019 / 14:49
Ətraflı oxu

Şəkidə növbəti maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.01.2017 / 17:35
Ətraflı oxu