“Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” kitabı

Kitablar / 16.09.2015 / 13:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun müəllifi olduğu “Tolerantlıq: bildiklərimiz və bilmədiklərimiz” adlı kitab nəşr olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Ön söz yazdığı kitab üç fəsildən ibarətdir. Birinci fəsildə tolerantlığın tarixi, qloballaşma dövründə  tolerantlığın zəruriliyini şərtləndirən əsas amillər, dinlərarası dialoqa din xadimlərinin, ictimai təşkilatların cəlb edilməsi və digər məsələlər ətraflı işıqlandırılıb.
Kitabın ikinci fəsli Azərbaycanın toelrantlıq tarixinə həsr olunub. Azərbaycanda dinlərin tarixi, mövcud dinlər, xalqımızın tolerant xarakterini səciyyələndirən etnik, coğrafi, iqtisad-siyasi, dini-mədəni amillər geniş təhlil olunub. Eyni zamanda, Azərbaycanın tolerantlıq modeli, ölkəmizin seçilmiş tolerantlıq nümunələri,  tarixi-dini abidələr, dini konfessiyaların qarşılıqlı münasibətləri bu fəsildə öz əhatəli təsvirini tapıb.
Kitabın üçüncü fəslində tolerantlığın Azərbaycanın  dövlət siyasətinə çevrilməsi, bu siyasətin ölkə daxilinə və beynəlxaq aləmə yönəlik fəaliyyət istiqamətləri haqqında məlumat verilib. Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayıdışının əsasları, tolerantlığın qorunub saxlanması, təşviqi, dini etiqad azadlığının təmin olunması istiqamətində dövlətin yürütdüyü siyasi kurs, görülən işlər təqdim olunub. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dini dözümlülük ənələrinin, dinlərarası dialoqun bərpa edilməsi, təbliği və təşviqi istiqamətində Azərbaycan hökümətinin ölkədaxili və beynəlxalq aləmə yönəlik fəaliyyəti, xüsusilə, Ulu Öndər Heydər Əliyevin və hazırda Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm  sahəsində həyata keçirdiyi ardıcıl siyasətə xüsusi yer ayrılıb, eyni zamanda, Heydər Əliyev Fondu və “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində görülən işlər haqqında da ətraflı məlumat verilib. 
Qeyd olunan tədqiqat materialları ilə yanaşı, kitaba tolerantlığa dair əsas beynəlxalq sənədlər də əlavə olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab tolerantlıq və multikulturalizm sahəsində tədqiqat aparan mütəxəssislər, o cümlədən tarixçilər, dinşünaslar və politoloqlar üçün faydalı ola bilər.   


Son baxılan xəbərlər

Zaqatalada “Milli-mənəvi dəyərlərimiz gənclərin gözü ilə” adlı tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 10:24
Ətraflı oxu

Biləsuvarda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
18.02.2020 / 16:32
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu

“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Xəbərlər
14.09.2019 / 12:33
Ətraflı oxu

Mehriban Əliyeva: “Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh şəraitində yaşayıblar”

Multikulturalizm
15.11.2017 / 18:00
Ətraflı oxu

“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitab nəşr edilib

Kitablar
04.04.2018 / 12:30
Ətraflı oxu