"İslamda Vətən və dövlət sevgisi"

Kitablar / 04.12.2015 / 12:49

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq  ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun müəllifi olduğu “İslamda Vətən və dövlət sevgisi” adlı kitab nəşr olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab müxtəlif vaxtlarda qələmə alınmış məqalələrin toplusudur. Burada Vətənə, dövlətə bağlılıq, ona sədaqətlə xidmət etmək, lazım gəldikdə canı bahasına da onu qorumaq, dövlət atributlarına ehtiram, dövlətçiliyimizin formalaşmasında milli-mənəvi dəyərlərin rolu kimi mövzulara toxunulur. Eyni zamanda kitabda Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə, İslam dininə verdiyi önəm, diqqət və qayğı, tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisi, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər xüsusilə vurğulanıb.
Milli-mənəvi dəyərlər sisteminin tədqiqi istiqamətində araşdırmalara yeni töhfə olan məqalələr toplusu gənc nəslə Vətənə və dövlətə bağlılıq duyğularının daha geniş tərənnümünə yardım edəcəkdir.  

Son baxılan xəbərlər

Xırdalanda Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
23.04.2018 / 14:45
Ətraflı oxu

Masallıda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Press-relizlər
03.05.2018 / 15:46
Ətraflı oxu

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
19.06.2019 / 17:29
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Kürdəmirdə dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 17:05
Ətraflı oxu

Şirvanda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
30.01.2018 / 17:59
Ətraflı oxu