“Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 23.02.2016 / 13:55

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayonunun Bulaqlı kənd məscidi dini icmasında “Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Ələkbər Quliyev, Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin muavini-dini qurumların təşkilatçısı Mirzağa Hümbətov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Bulaqlı kəndi üzrə nümayəndəsinin müavini Yadulla Əliyev,  icma üzvləri, dindarlar,ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov çıxış edərək, mədəniyyətlərin və dinlərin vəhdətinin və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrildiyini qeyd edib. C. Bəhrəmov müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətlərinin Azərbaycan xalqı üçün  hər zaman xarakterik olduğunu vurğulayıb.   
 Tədbirdə daha sonra çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin muavini Mirzağa Hümbətov dövlət başçısının Sərəncamı ilə ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə ayrılmış maliyyə vəsaitinin əhəmiyyətindən danışıb.
Tədbirdə, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər mərkəzi “Heydər” məscidinin Axund müavini Yusif Bağırov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov və başqaları çıxış edərək dini icmaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunmuş kitablar tədbir iştirakçılarına paylanılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
07.09.2018 / 15:36
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
18.01.2018 / 17:37
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

Xəbərlər
11.07.2019 / 09:47
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Saatlıda “Terrorizm, dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.03.2018 / 09:54
Ətraflı oxu

Azərbaycan Prezidenti: “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”

Xəbərlər
14.02.2019 / 09:28
Ətraflı oxu