Dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi keçirilir

Press-relizlər / 12.02.2016 / 12:18

Fevralın 12-də Bakıda ölkəmizin şəhər, rayon icra hakimiyyəti başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinləri-dini qurumlarla işin təşkilatçılarının seminar-müşavirəsi işə başlayıb.
Seminar-müşavirənin açılışında çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev tədbirin məqsədindən söhbət açıb. Qeyd edilib ki, iki gün davam edəcək seminar-müşavirədə şəhər və rayonlarda dini qurumlarla işin təşkili ilə məşğul olan şəxslərə zəruri məlumatlar veriləcək, bu fəaliyyətin peşəkar səviyyədə təşkilinə dair müzakirələr aparılacaq. İştirakçılar qarşısında bilavasitə bu sahə ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, alimlər çıxış edəcəklər.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar. Bu, adətən cahillikdən, dini savadsızlıqdan irəli gəlir. Biz elə bir biliyə malik olmalıyıq ki, belə insanlarla söhbət zamanı onları inandıra bilək. Xüsusən yerlərdə bu işlərlə məşğul olan şəxslər insanlara təsir edə biləcək bilgilərə malik olmalıdırlar. İcra hakimiyyətində işləyən vəzifəli şəxslər öz bilik və savadı ilə nümunə olmalı, ətrafdakılara düzgün fikir aşılamağı bacarmalıdırlar.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan Respublikasında dövlət-din münasibətləri və əsas istiqamətlər”, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Milli-mənəvi dəyərlərin təbliği və tolerantlıq mühitinin formalaşmasında vətəndaş cəmiyyəti təsisatlarının rolu” mövzusunda çıxışları dinlənilib.
Seminar-müşavirə işini davam etdirir. 


Son baxılan xəbərlər

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

“Belə hesabatlara etibar etmək olmaz”

Açıqlama
01.08.2014 / 10:13
Ətraflı oxu

Milli Qurtuluşdan başlayan böyük yol

Press-relizlər
13.06.2020 / 10:04
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru ...

Press-relizlər
01.05.2019 / 14:47
Ətraflı oxu

DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portallarında nəşr olunub

Press-relizlər
21.12.2020 / 15:35
Ətraflı oxu

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

Xəbərlər
21.06.2017 / 09:05
Ətraflı oxu